Helikopterdə Prezidenti müşayət edənlərdən iki nəfərlə əlaqə yaradılıb
https://parstoday.ir/azeri/news/iran-i5656-helikopterdə_prezidenti_müşayət_edənlərdən_iki_nəfərlə_əlaqə_yaradılıb
Prezidentin icra işləri üzrə köməkçisi helikopterinin tapılması üçün görülən tədbirlərə toxunaraq deyib: “Prezidenti müşayət edənlərdən iki nəfərlə  bir neçə dəfə əlaqə saxlamışıq. Belə nəzərə gəlir ki, hadisə ağır olmayıb.”
(last modified 2026-04-08T07:08:49+00:00 )
May 19, 2024 17:36 Asia/Baku
  • Helikopterdə Prezidenti müşayət edənlərdən iki nəfərlə əlaqə yaradılıb

Prezidentin icra işləri üzrə köməkçisi helikopterinin tapılması üçün görülən tədbirlərə toxunaraq deyib: “Prezidenti müşayət edənlərdən iki nəfərlə  bir neçə dəfə əlaqə saxlamışıq. Belə nəzərə gəlir ki, hadisə ağır olmayıb.”

 

Prezidentin icra işləri üzrə köməkçisi Möhsin Mənsuri müsahibəsində Prezidentin helikopteri ilə bağlı xilasetmə əməliyyatının təfərrüatlarını açıqlayaraq deyib: “Bu istiqamətdə üç helikopter hərəkət edib, amma Prezidenti daşıyan helikopterlə digər iki helikopter arasında əlaqə kəsilib, onlar axtarışa başlayıb, helikopterin sərnişinlərindən biri və uçuş heyəti ilə əlaqə qurulub. Bu da, qəzanın şiddətinin ağır olmadığını göstərir. Dərhal Qızıl Aypara Cəmiyyəti, polis komandanlığı, ordu və SEPAH-ın yardım bölmələri hadisə yerinə gəlib və iş bölgüsü aparılıb.”