İranın Biləsuvar sərhəd terminalı ilə qeyri-neft məhsul ixracı artıb
Cari İran ilinin 2 ayı (20 mart -20 may 2024) ərzində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar sərhəd terminalı qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü (21 mart -21 may 2023) müqayisədə 43% artıb.
bunu İranın Ərdəbil vilayəti yol və nəqliyyat idarəsinin baş direktoru Kəlimulla Vosuqi deyib.
Onun sözlərinə görə, 2 ay ərzində Biləsuvar sərhəd terminalından 130 min ton qeyri-neft məhsulu ixrac olunub. Məhsullar 6 min yük maşını vasitəsi ilə daşınıb.
Vosuqi deyib ki, ixrac olunan qeyri-neft məhsulları əsasən keramika, şüşə, kartof, tikinti materialları, duz və profil olub.
İdarə rəsmisi qeyd edib ki, 2 ay ərzində Biləsuvar sərhəd terminalı vasitəsi ilə 5,32 min ton məhsul idxal olunub. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 12% artıb.
Vosuqi deyib ki, 2 ayda Biləsuvar sərhəd terminalı üzərindən təxminən 175 min ton məhsul tranzit olunub.
Qeyd edək ki, İranın Biləsuvar sərhəd terminalı Azərbaycanla sərhəddə yerləşir.