May 27, 2024 19:01 Asia/Baku
  • Güc strukturları ilə yaxından əlaqə balanslaşdırılmış parlamentə nail olmağa kömək edəcək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahul-Uzma Xamenei İslam Şurasının 12-ci iclasının başlanması münasibəti ilə müraciət ünvanlayıb.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müraciət mətni Rəhbərlik aparatının başçısı Höccətül-İslam vəl-müslimin Məhəmmədi Gülpayqani tərəfindən İslam Şurasının yeni sessiyasının açılış mərasimində oxunub.

Allahın adı və yadı ilə başlanan Müəzzəm Rəhbərin mürciət məktubunda ilk olaraq İslam Şurasının on ikinci çağırışının təyin edilmiş vaxtda və ləngimədən başladığını diqəttə çatdıraraq bunu İran xalqına böyük ilahi bir hədiyyəsi olan dini demokratiyanın davamlılığı və gücü olduğu üçün şükür etdiyini bildirib.

Hər bir yeni parlament ölkənin parlaq üfüqündə yeni bir pəncərə aça, millətin ümidini və marağını artıravağına toxunan Ali Rəhbər yeni seçilmiş nümayəndələrin təcrübəli və səriştəli seçilmiş nümayəndələrlə birgə Şura məclisinin konstitusiyadakı səlahiyyətlərindən istifadə etməklə və ölkənin idarə edici sütunları arasında üzərinə düşən ağır məsuliyyətə sadiq qalaraq müasirlik və yeniliyi bütünlük və ciddiliklə bir araya gətirə biləcəyini və bununla da qanunvericilik və nəzarəti hər hansı çaxnaşma və xaosdan, eləcə də durğunluq və passivlikdən kənar tuta biləcyini vurğulayıb.

O Həzrət müraciətin davamında ölkənin güc strukturları ilə intizamlı və empatik qarşılıqlı əlaqə, qanunverici orqan daxilində düzgün və səbirli kollektiv davranışın balanslaşdırılmış parlamentin bütün funksional xüsusiyyətlərinə nail olmağa kömək edəcəyini və nümayəndələrin xoş xatirəsini əbədiləşdirəcəyini qeyd edib.

“Həmişə vurğuladığım məqam odur ki, parlament ölkənin ictimai mühitində təsəlliverici, ümidverici, həvəsləndirici olmaqla yanaşı qarşılıqlı isti münasibət və qardaşlığa da dəvət etməlidir"- Müəzzəm Rəhbər əlavə edib.

 İnqilabın Ali Rəhbəri Həzrət Ayətullahul-üzma Xamenei nümayəndələrin andı ilə bağlı bildirib ki, bu and adi və formal deyil bəlkə əksinə bu dünyada və axirətdə soruşulacaq doğru və olduqca məsuliyyətli bir anddır.

 " Möhtərəm nümayəndələr bütün nümayəndəlik müddəti boyunca bu şəriət andını göz önündə saxlamalı və ona əməl etməyi öz fəaliyyətlərini qiymətləndirmək üçün bir meyar hesab etməlidirlər" İnqilab Rəhbəri qeyd edib.

 Növbəti diqqət ediləsi məqamın etik normalarla bağlı olduğunu diqqətdə saxlayan Müəzzəm Rəhbər əxlaqi fəzilətlərin mühüm hissəsini təşkil etdiyi İslami həyat tərzinin siyasi çağırışlar və qəbul edilmiş rəqabət şəraitində bunun daha çox əhəmiyyət kəsb etdiyini və məhz belə bir anda təqva və bağışlanma, insaf, dürüstlük, məsuliyyət və fədakarlıq kimi ali dəyərlərin ortaya çıxdığını nəzərə çatdırıb. 

 Ölkənin hələ də yasını saxladığı dövlət şəhidlərinin xatirəsini anarkən əxlaqi dəyərlərə riayətin onların əsas üstün cəhətlərindən olduğunu yad edərək hər bir millət vəkilinin bütün İran xalqının nümayəndəsi olduğunu sonuncu əsas nöqtə olaraq qeyd etmiş və parlamentarilərin əsas işinin milli maraqları təmin etməsi olduğunu vurğulamışlar.