İranın Bakıdakı səfirliyi Azərbaycan xalqını təbrik edib
May 28, 2024 14:22 Asia/Baku
İranın Bakıdakı səfirliyi Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib.
İranın Bakıdakı səfirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Aran radiosu isna-a istinadla xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.
"İran İslam Respublikasının Bakıdakı səfirliyi 28 May - Azərbaycan Müstəqillik Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir, onlara sülh və rifah arzulayır", - deyə məlumatda qeyd olunub.