2022-ci il iğtişaşlarında xüsusi xidmət orqanlarının iştirakı ifşa olundu
https://parstoday.ir/azeri/news/iran-i610-2022_ci_il_iğtişaşlarında_xüsusi_xidmət_orqanlarının_iştirakı_ifşa_olundu
20-yə yaxın ölkənin məxfi xidməti İranda 2022-ci il iğtişaşlarında iştirak edib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyun 20, 2023 12:16 Asia/Baku
  • 2022-ci il iğtişaşlarında xüsusi xidmət orqanlarının iştirakı ifşa olundu

20-yə yaxın ölkənin məxfi xidməti İranda 2022-ci il iğtişaşlarında iştirak edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Kəşfiyyat Xidmətinin rəhbəri general-mayor Məhəmməd Kazimi bu haqda deyib ki, iğtişaşlara gizli dəstək verən ölkələr arasında ABŞ, İngiltərə, BƏƏ, Səudiyyə Ərəbistanı, Fransa, Almaniya, Kanada, Belçika, Avstriya, Albaniya, Avstraliya, İslandiya, İtaliya, Kosovo, Norveç, Bəhreyn, Yeni Zelandiya və sionist İsrail rejimi var.

Sərdar Kazemi iğtişaşlarda iştirak edən ölkələrin konkret fəaliyyəti barədə bunları diqqətə çatdırıb:

1. Tehrandakı Fransa səfirliyin diplomatları iğtişaşlar, təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanlarının vəziyyəti ilə bağlı kəşfiyyat məlumatları toplayıblar.

2. İsrail ABŞ və digər ölkələrin maliyyəsi ilə etirazçılara dəstək fondu yaratmağa çalışıb.

3. 28 Avropa ölkəsinin səfirləri 2022-ci il oktyabrın ortalarında Aİ-yə üzv ölkələrin İrandakı səfirlərinin geri çağırılması və Avropa səfirliklərinin bağlanması məsələsini müzakirə etmək üçün bir araya gəliblər.

4. Məlumat toplamaq və iğtişaşları sənədləşdirmək üçün əfqanlar, pakistanlılar və iraqlılar, eləcə də Avropa vətəndaşları olan qeyri-Avropa vətəndaşlarından istifadə edilib.

5. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) iğtişaşlar haqqında xəbərləri yaymaq üçün kiberplatformalar yaradıb, və bununla əlaqədar texnologiyanın təmin edilməsi, yayınma vasitələri və mobil rabitə vasitələrinə qoyulan embarqonun aradan qaldırılmasını dəstəkləyib.

6. İğtişaşların sona çatmasından sonra xüsusilə nüvə, kosmos və hərbi sahədə elm adamlarına sui-qəsd layihəsini yenidən başlatmaq üçün MKİ-dən Mossad və MI6 ilə birgə komanda yaradıblar.

7. BƏƏ kəşfiyyatı və İsrail vaxtaşırı ərəb ölkələrindən birində müştərək iclaslar keçirərək İrandakı iğtişaşlara dəstək məsələsini müzakirə ediblər.