İyun 20, 2024 13:43 Asia/Baku
  • Kənani Kanadanın İnqilab Keşikçilərini terrorçu elan etmə hərəkətini şiddətlə qınadı

Xarici İşlər Nazirliyinin sözçüsü Kanadanın SEPAH-ı terrorçu elan etmək hərəkətini pisləməklə yanaşı, bu iyrənc hərəkətin qanuni və çəkindirici gücün yaranmasına və SEPAH-ın fəaliyyət səviyyəsinin və əhatəsinin artırılmasına heç bir təsiri olmadığını bildirərək əlavə etdi: Biz mütənasib və qarşılıqlı cavab hüququmuzu qoruyacayıq.

 

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (cümə axşamı) 20 iyun İran İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilat elan edən Kanada hökumətinin siyasi, qeyri-ənənəvi və ağılsız hərəkətini kəskin şəkildə pisləyib.

 

Kənani Kanada hökumətinin bu düşünülməmiş qərarını düşməncəsinə hərəkət və beynəlxalq hüququn standartlarına və qəbul edilmiş prinsiplərinə, o cümlədən suveren ölkələrin bərabərliyi və hökumətlərin daxili işlərinə qarışmamağa zidd və İranın milli suverenliyinə qarşı hücum nümunəsi adlandırıb.

O əlavə etdi: Bu məsuliyyətsiz və təxribatçı hərəkət, Kanada hökumətinin on ildən artıqdır ki, müharibəni qızışdıranların və həqiqi insan haqlarını pozanların və terrorizmin əsas qurucularının təsiri altında tutduğu yanlış yoldur.

Diplomatik xidmətin sözçüsü deyib: İran İslam İnqilabı Keşikçiləri Korpusu İran xalqının özəyindən yaranmış suveren bir qurumdur və İran İslam Respublikasının Konstitusiyasından verilmiş rəsmi və hüquqi kimliyə malikdir və digər silahlı qüvvələr orqanları ilə birlikdə, ölkənin milli təhlükəsizliyinin və sərhədlərinin mühafizəsinə cavabdehdir, həmçinin dəhşətli terrorizm fenomeni ilə mübarizə apararaq regionda təhlükəsizliyə və davamlı sabitliyə kömək etməkdə məsuliyyət daşıyır.

Teqlər