Qalibaf: Rusiya ilə maliyyə əməliyyatlarını dollarsız həyata keçiririk
(last modified Sat, 13 Jul 2024 12:36:01 GMT )
İyul 13, 2024 16:36 Asia/Baku
  • Qalibaf: Rusiya ilə maliyyə əməliyyatlarını dollarsız həyata keçiririk

BRİKS-in verdiyi fürsətə əsasən, İranla Rusiya arasında bütün maliyyə əməliyyatları ABŞ dolları olmadan həyata keçirilir.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “Russia today” telekanalına müsahibəsində bildirib.

O, İranla Rusiya arasında dərin əlaqələrin mövcud olduğunu da vurğulayıb və deyib: “Bizim ümumi maraqlarımız və eyni zamanda ortaq düşmənlərimiz var”.

M.B.Qalibaf BRİKS-ə üzv dövlətlərin parlament sədrlərinin Rusiyada keçirilən toplantısında iştirak edib.

Cənab Qalibaf sonra deyib: “Rusiyaya səfərim zamanı ölkəmin ali rəhbəri Hazərt Ayətullahül-üzma Xaməneinin yazılı müraciətini Rusiya prezidenti Vladimir Putinə çatdırdım. Bizim iki ölkə arasında çox əhatəli uzunmüddətli sazişimiz var. Bu müqavilə müxtəlif sosial, mədəni, siyasi, təhlükəsizlik və müdafiə sahələrini əhatə edir”.