Xarici İşlər Nazirliyinin sözçüsü: İran Rusiya Federasiyasında qanunun aliliyini dəstəkləyir
https://parstoday.ir/azeri/news/iran-i684-xarici_İşlər_nazirliyinin_sözçüsü_İran_rusiya_federasiyasında_qanunun_aliliyini_dəstəkləyir
İran Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyada baş verən son hadisəni bu ölkənin daxili işi hesab edib.
(last modified 2026-08-01T08:46:57+00:00 )
İyun 24, 2023 14:55 Asia/Baku
  • Xarici İşlər Nazirliyinin sözçüsü: İran Rusiya Federasiyasında qanunun aliliyini dəstəkləyir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyada baş verən son hadisəni bu ölkənin daxili işi hesab edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Çafi Rusiyada baş verən son hadisəni bu ölkənin daxili məsələsi hesab edərək deyib: İran İslam Respublikası Rusiya Federasiyasında qanunun aliliyini dəstəkləyir.

Cümə günü axşam (22 iyun) "Vaqner" qrupunun komandiri verdiyi açıqlamada Rusiya ordusu qüvvələrinin qruplaşmanın mövqelərinə hücum etdiyini iddia edib.

Rusiya silahlı qüvvələri və bu ölkədəki digər dövlət qurumları Priqojinin iddiasını rədd edərək “Vaqner” qruplaşmasının komandirinə qarşı cinayət işinin açıldığını bəyan ediblər.

Rusiya prezidenti “Vladimir Putin” də xalqa müraciətdə deyib: Rusiya xəyanətlə üz-üzədir; Düşmən kürəydən bıçaqlayıb,onları cəzalandırmaq lazımdır.