İranın Avropa ölkələri ilə əlaqələrinin bərpası üçün şərtləri
Avq 23, 2024 14:53 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilk xarici müsahibəsində vurğulayıb ki, o, bir sıra şərtlər əsasında ABŞ ilə gərginliyi idarə etməyə və Avropa ölkələri ilə münasibətləri bərpa etməyə çalışır.
Seyid Abbas Əraqçi İran İslam Şurası parlamentindən etimad səsi aldıqdan sonra ilk eksklüziv müsahibəsində Yaponiyanın Kyodo xəbər agentliyinə deyib: İran Xarici İşlər Nazirliyi İrana qarşı iqtisadi sanksiyaların ləğvi və Beynəlxalq ictimaiyyətdə normal ticarət əlaqələrinə geri qayıtmaq üçün, Vaşinqtonla gərginliyi idarə etmək və Avropa ölkələri ilə irana qarşı düşmənçilik mövqeyindən geri çəkilmələri təqdirdə münasibətləri bərpa etməyə çalışır.