Əraqçi: Suriyaya dəstək yanaşması yeni hökumətdə də davam edəcək
https://parstoday.ir/azeri/news/iran-i7152-Əraqçi_suriyaya_dəstək_yanaşması_yeni_hökumətdə_də_davam_edəcək
Ölkəmizin Xarici İşlər naziri suriyalı həmkarı ilə söhbətində İran İslam Respublikasının yeni hökumətdə Suriyaya, eləcə də sionist rejimə qarşı müqaviməti himayə edən ölkələrə dəstək yanaşmasının davam etdiriləcəyini vurğulayıb.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Avq 23, 2024 15:22 Asia/Baku
  • Əraqçi: Suriyaya dəstək yanaşması yeni hökumətdə də davam edəcək

Ölkəmizin Xarici İşlər naziri suriyalı həmkarı ilə söhbətində İran İslam Respublikasının yeni hökumətdə Suriyaya, eləcə də sionist rejimə qarşı müqaviməti himayə edən ölkələrə dəstək yanaşmasının davam etdiriləcəyini vurğulayıb.

Suriyanın Xarici İşlər naziri Feysəl Miqdad Seyid Abbas Əraqçi ilə telefon danışığında onu İran İslam Respublikasının yeni Xarici İşlər naziri seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

 

Faysəl Miqdad həmçinin Suriya Prezidentinin səmimi salamlarını Ali Məqamlı Rəhbərə və ölkəmizin Pprezidenti doktor Pezeşkiyana çatdırılmasını xahiş edib, İranla strateji əlaqələrin davam etdirilməsi və möhkəmləndirilməsi üçün ölkəsinin xüsusi səylərini vurğulayıb.

 

Ölkəmizin Xarici İşlər naziri Əraqçi də suriyalı həmkarının zəng və təbriklərini yüksək qiymətləndirib, İran İslam Respublikasının yeni hökumətdə Suriya və sionist rejimə qarşı müqaviməti himayə edən ölkələrə dəstək yanaşmasının davam edəcəyini vurğulayıb.