Rəsmi Tehran İslami Müqavimətə dayaqdır
https://parstoday.ir/azeri/news/iran-i7266-rəsmi_tehran_İslami_müqavimətə_dayaqdır
Əraqçi: İranın müqaviməti dəstəkləmək siyasəti davam edəcək
(last modified 2026-03-20T08:20:48+00:00 )
Sen 02, 2024 11:26 Asia/Baku
  • Rəsmi Tehran İslami Müqavimətə dayaqdır

Əraqçi: İranın müqaviməti dəstəkləmək siyasəti davam edəcək

İran İslam Respublikasının xarici işlər naziri Livan Hizbullah Hərəkatının Tehrandakı nümayəndəsi ilə görüşdə İranın müqaviməti dəstəkləməklə bağlı prinsipial siyasətinin davam edəcəyini vurğulayıb.

  Bu məlumata əsasən, görüşdə Seyid Abbas Əraqçi sionist işğalçılığına qarşı region xalqlarının müqaviməti və qanuni mübarizəsini dəstəkləməyi İran İslam Respublikasının prinsipial siyasəti adlandırıb.

  Bu görüşdə həmçinin Livandakı anti-İsrail müqavimət cəbhəsinin son vəziyyəti, Fələstin, Qəzzə və İordan çayının qərb sahilindəki mövcud hadisələr diqqət mərkəzində saxlanılaraq fikir mübadiləsi aparılıb.