İranlı atlet paralimpiya oyunlarında ağır atletikada qızıl medal qazanaraq rekordu yeniləyib
Ölkəmizin 107 kq çəki dərəcəsində paralimpiya idmançısı Paris Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
XVII Paralimpiya Oyunlarının sonuncu günündə Laçapel Arenada ağır atletika yarışı keçirilib və ölkəmizin milli idmançısı Əli Əkbər Qəribşahi 107 kq kateqoriyasında BƏƏ, Braziliya, Malayziya, Amerika, Yaponiya, Meksika, Özbəkistan və Monqolustandan olan idmançılarla üz-üzə gəlib.
Karyerasında 4 dünya çempionluğu və bir Asiya Oyunlarının qızıl medalı olan Qəribşahi ilk gedişində 247 kq seçərək, onu uğurla qaldıraraq Paralimpiya rekordunu yeniləyib.
Artıq dünya rekordçusu sayılan Qəribşahi, ikinci gedişdə 252 kq çəki istəyib və bu çəkini də məharətlə qaldıraraq rekordu növbəti dəfə yeniləyib.
Qəribşahinin 3-cü hərəkəti 261 kq çəki oldu ki, onu qaldırmaqda uğursuz oldu və nəhayət, elə 252 kq-lıq rekordla Paris Paralimpiya çempionu oldu.