Keçmiş səfir Zəngəzur mübahisəsindən danışdı
Pakayin: Qərb mediası İranla Rusiya arasında münasibətləri pozmağa çalışır
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri Rusiya hakimiyyətini Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına aydınlıq gətirməyə çağırıb.
Möhsün Pakayin Mehr Xəbər Agentliyinə verdiyi müsahibədə Rusiya hakimiyyətinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına toxunaraq deyib: “Putinin Azərbaycan Respublikasına səfərindən sonra Rusiyanın tutduğu mövqe aydınlaşdırılmalıdır. Hazırda belə aşılanır ki, Putinin şərhindən sonra Zəngəzur dəhlizi açılacaq və İran sərhədi dərhal dəyişəcək, biz isə Rusiya və Azərbaycanla problemlərlə üzləşəcəyik; Azərbaycan və Rusiya bizim dostumuz olduğu halda, biz ilk növbədə vəziyyəti diqqətlə araşdırıb, onların niyyətlərini başa düşməli və məsələyə aydınlıq gətirilənə qədər mənfi münasibət sərgiləməməliyik”.
Sabiq səfir məsələnin mahiyyəti ilə bağlı qeyd edib: “Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirən yoldur və bu dəhliz Ermənistan ərazisindən keçir və bu ölkənin ərazi bütövlüyünün içindədir”.
Pakayinin sözlərinə görə, Qərb mediası Zəngəzur məsələsindən istifadə edərək İranın Rusiya və Azərbaycanla münasibətlərimizi pozmağa çalışır.
“Əlbəttə ki, İran İslam Respublikasının rəsmi mövqeyi dəqiqdir; Biz ətrafımızdakı beynəlxalq sərhədlər məsələsinə həssas yanaşmalı və beynəlxalq sərhədlərin dəyişməsinə imkan verməməli, eyni zamanda dost ölkələrlə münasibətlərimizi korlamamağa diqqət etməliyik”, - deyə sabiq diplomat vurğulayıb.