Təbriz - İrəvan aviareysi yaradılıb
https://parstoday.ir/azeri/news/iran-i740-təbriz_İrəvan_aviareysi_yaradılıb
İranın Şərqi Azərbaycan vilayətinin hava limanlarının baş direktoru Təbriz-İrəvan aviareysinin yaradılmasını bildirib.
(last modified 2026-08-01T08:46:57+00:00 )
İyun 27, 2023 12:04 Asia/Baku
  • Təbriz - İrəvan aviareysi yaradılıb

İranın Şərqi Azərbaycan vilayətinin hava limanlarının baş direktoru Təbriz-İrəvan aviareysinin yaradılmasını bildirib.

İRNA-nın məlumatına görə, İranın Şərqi Azərbaycan əyalətinin hava limanlarının baş direktoru Ramin Azəri bildirib ki, “Asacet” aviaşirkəti Təbriz-Iervan (Ermənistanın paytaxtı) marşrutu üzrə və əksinə Təbriz Şəhid Mədəni Beynəlxalq Hava Limanından uçuşlar həyata keçirməyə başlayıb.

Azəri əlavə edib ki, bu reys hər bazar ertəsi və cümə axşamı Təbrizdən İrəvana və İrəvandan Təbrizə həyata keçirilir.