İran dərman istehsalının müxtəlifliyinə görə dünyanın ilk 10 ölkəsi sırasındadır
İranın “Pərdis” Texnologiyalar Parkının Kommunikasiya və Beynəlxalq Əlaqələr Departamentinin baş direktoru bildirib. “İran dərman istehsalının müxtəlifliyinə görə dünyanın ilk 10 ölkəsi sırasındadır”.
Pərdis Texnologiya Parkı Tehranda yerləşir və 110 hektar ərazini əhatə edir. Bu, İranın ən mühüm və ən böyük texnologiya parkıdır.
Əmin Rza Xaleqian deyib: İran əczaçılıq istehsalının müxtəlifliyinə görə dünyanın ilk 10 ölkəsi sırasındadır və öz elmi məhsullarını, o cümlədən sanksiyalar altında istehsal olunan radio və televiziya ötürücülərini 40 ölkəyə ixrac edir”.
Xaleqian əlavə edib: “Texnoparkın vəzifəsi şirkətlərə birgə stendlər şəklində xarici sərgilərdə iştirak etməyə kömək etməkdir. Son 15 ildə biz bu sahədə Rusiya, Venesuela, Yunanıstan, Zimbabve və Keniya ilə əməkdaşlıq etmişik.
Xaleqian MS dərmanının istehsalına toxunaraq deyib: “İran dünyada bu dərmanı istehsal edən altıncı ölkədir və texnoparkda işləyən şirkətlərdən biri leyşmaniozun müalicəsində istifadə edilən, heç bir ölkədə istehsal olunmayan dərman istehsal edib. Hazırda şirkət məhsullarının böyük hissəsini ixrac edir”.
Onun sözlərinə görə hazırda İran Özbəkistan, Qazaxıstan, Rusiya və bəzi ərəb ölkələri, hətta bir-iki Avropa ölkəsi ilə əməkdaşlıq ediri”.