Əmir Abdullahian: İran İsveçə səfir göndərməyəcək
https://parstoday.ir/azeri/news/iran-i824-Əmir_abdullahian_İran_İsveçə_səfir_göndərməyəcək
İranın xarici işlər naziri İran səfirinin İsveçə göndərilməsi prosesinin dayandırıldığını bildirib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 02, 2023 09:09 Asia/Baku
  • Əmir Abdullahian: İran İsveçə səfir göndərməyəcək

İranın xarici işlər naziri İran səfirinin İsveçə göndərilməsi prosesinin dayandırıldığını bildirib.

Aran Radiosunun məlumatına görə,İranın xarici işlər naziri “Hüseyn Əmirabdollahian” tvitində yazıb: “İnzibati prosedurların başa çatmasına baxmayaraq, İranın İsveçdəki yeni səfiri Höctullah Fəqani  bu ölkənin Qurani-Kərimə qarşı hörmətsizliyinə görə,isveçə getməyəcək.

Xatırladaq ki isveç vətəndaşının bu ölkə məhkəməsi və polisinin icazəsi ilə quran kərimə od vurması bütün dünyada o cümlədn islam dünyasında böyük etiraz dalğası ilə üzləşmişdir.