İranın yunan-Roma güləşi komandası Albaniyada keçirilən beynəlxalq turnirdə ikinci olub
Bir qızıl və bir gümüş medal, həmçinin komanda üzrə 51 xal qazanan İranın yunan-Roma güləş komandası qeyri-olimpiya çəki dərəcələri üzrə beynəlxalq turnirdə ikinci olub.
qeyri-olimpiya çəki dərəcələri üzrə beynəlxalq turnir oktyabrın 28-29-dək Albaniyanın paytaxtı Tirana şəhərində keçirilib. Komandamızın kapitanı Məhəmməd-Əli Gərayi 82 kiloqram çəki dərəcəsində qızıl medal əldə edib.
Gərayidən öncə isə Puya Dadmərz 55 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. Bununla da İran komandası dörd qeyri-olimpiya çəki dərəcəsində bir qızıl və bir gümüş medal sahibi olub.
85 və 35 xal əldə edən Azərbaycan Respublikası və Ermənistan yığmaları isə müvafiq olaraq, birinci və üçüncü yerləri tutublar.