Əraqçi: İranın Almaniyadakı konsulluqlarının fəaliyyətinin dayandırılması əsassızdır
(last modified Sat, 02 Nov 2024 19:10:19 GMT )
Noy 02, 2024 23:10 Asia/Baku
  • Əraqçi: İranın Almaniyadakı konsulluqlarının fəaliyyətinin dayandırılması əsassızdır

 Xarici İşlər naziri İranın Almaniyadakı konsulluqlarının fəaliyyətini dayandırmasını qəribə və əsassız bir hərəkət kimi qiymətləndirib, onu bu ölkədə yaşayan iranlılar, konsulluq xidməti və viza üçün müraciət edən digər şəxslər üçün çətinlik səbəbi hesab edib.

 

Almaniya Xarici İşlər Nazirliyinin Frankfurt, Hamburq və Münhendə İran konsulluqlarının fəaliyyətinin davam etdirilməsinin əleyhinə olduğunu elan etməsindən sonra Xarici İşlər Nazirləri Müavinləri Şurasının iclası Almaniyada yaşayan iranlılara konsulluq xidmətlərinin vəziyyətinin nəzərdən keçirilməsi gündəliyi ilə noyabrın 12-də şənbə günü axşam saatlarında Xarici İşlər naziri Seyid Abbas Əraqçinin iştirakı ilə keçirildi.

 

Bu iclasda Xarici İşlər naziri Seyid Əbbas Əraqçi Almaniya Xarici İşlər nazirinin ölkəmizin Almaniyadakı konsulluqlarının fəaliyyətinin dayandırılması ilə bağlı elan etdiyi qərara istinad edərək, bu hərəkəti qəribə və əsassız adlandırıb, bunu Almaniyada yaşayan iranlılar, konsulluq xidməti və viza almaq üçün müraciət edən digər şəxslər üçün çətinlik səbəbi hesab edib.

 

Əraqçi eyni zamanda vurğulayıb ki, Xarici İşlər Nazirliyi Almaniyada yaşayan iranlıların lazımi konsulluq xidmətlərindən istifadə etmələri üçün bütün mümkün və lazımi tədbirləri görməyi öz vəzifəsi hesab edir və bu sahədə səylərini əsirgəməyəcək.