Əraqçi Serbiya xalqı və hökumətinin dərdinə şərik olduğunu bildirib
(last modified Sun, 03 Nov 2024 05:11:59 GMT )
Noy 03, 2024 09:11 Asia/Baku
  • Əraqçi Serbiya xalqı və hökumətinin dərdinə şərik olduğunu bildirib

 Xarici işlər naziri öz mesajında ​​Serbiya qatar stansiyasının damının uçması nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.

 

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi X sosial şəbəkəsində yazıb: Serbiyanın Novi Sad şəhərində dəmir yolu vağzalının damının uçması hadisəsində insan tələfatı böyük kədərə səbəb olub. 

O qeyd edib: Biz həyatını itirənlərin ailələrinə başsağlığı verir və Serbiya hökumətinə və xalqına başsağlığımızı bildiririk.