İranın BMT-dəki nümayəndəliyi İsrail səlahiyyətlilərinin iddiasına cavab verib
(last modified Mon, 04 Nov 2024 16:18:39 GMT )
Noy 04, 2024 20:18 Asia/Baku
  • İranın BMT-dəki nümayəndəliyi İsrail səlahiyyətlilərinin iddiasına cavab verib

İran İslam Respublikasının nümayəndəliyi İsrail rejimi səlahiyyətlilərinə sui-qəsd etmək üçün iranlıların cəlb edilməsi iddiasına cavab verərək, bu iddiaları əsassız adlandırıb.

 

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bazar ertəsi Amerika mediasının bu yaxınlarda sionist rejimin kəşfiyyat səlahiyyətlilərinin İranın raket hücumu təşkil etmək və ya İsrail yetərlilərinə qarşı sui-qəsd etmək üçün həssas məlumatlar toplamaq məqsədi ilə işğal olunmuş ərazilərdə yaşayan İran əslli vətəndaşları işə cəlb etdiyi və onlarla əməkdaşlıq etdiyi iddiası ilə bağlı sualını cavablandırıb.İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi deyib: “Bu xəbər əsassızdır və məntiqi olaraq doğru olma ehtimalı azdır. Çünki təbii olaraq İsrail rejimi baxımından ilk şübhə halqası İran əsilli vətəndaşlardır, sonra isə müsəlmanlardır. Ona görə də ağıl tələb edir ki, İranın kəşfiyyat xidmətləri qeyri-iranlı və qeyri-müsəlman vətəndaşların sorağına getsin.”