Pezeşkiyan Trampın prezident seçilməsinə münasibət bildirib
İran İslam Respublikasının prezidenti bildirib ki, Amerika seçkilərində kimin qalib gəlməsinin Tehran üçün fərqi yoxdur.
Məsud Pezeşkiyan Ümid Qərargahının məsul şəxslərinin iclasında etdiyi çıxışında vurğulayıb: “Ölkəmiz və sistemimiz öz daxili gücünə şərəfli, əzəmətli bir xalqla arxalanır. Başqa ölkələrlə əlaqələrimizi inkişaf etdirməyə qapalı və məhdud baxışımız olmayacaq”.
O bildirib ki, Tehran üçün prioritet qonşu dövlətlər və müsəlman ölkələri ilə münasibətlərdir. “İslam ölkələri arasında birlik və vəhdətin yaradılmasına dərindən inanırıq. İnanırıq ki, İslam dünyasının bütün ölkələri qardaş və müttəfiq olsaydılar, sionist rejim Fələstin və Livanın məzlum xalqını qətliam etməyə cürət etməzdi”, - deyə İran hökumətinin başçısı qeyd edib.