Tehran xunta İsrail rejiminə sarsıdıcı intiqam vəd etdi
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı sionist İsrail rejimindən mütləq şəkidə qisas alınacağını söyləyb.
General-leytenant Hüseyn Səlami “Nəsrulla@h Təhlükəsizlik-Döyüş Təlimi” adlı hərbi təlim iştirakçılarının qarşısında etdiyi çıxışda deyib:
“Düşmənlərin taleyi bu gün Xeybər müharibəsinin taleyi kimi olacaq. Bu gün bütün batil qüvvələr tarixi qarşıdurmada İslam qarşısında sıraya düzülüblər və dünyanın müasir orduları müsəlmanları öz iradələrinə tabe etmək, onların taleyinə hakim olmaq, torpaqlarını işğal etmək və onların dini kimliklərini qarət etmək üçün sionist rejimin köməyinə gəliblər”
Generalın sözlərinə görə, düşmənlər müsəlmanlara müqavimət göstərə bilməzlər; “Doğrudur, onlar məzlum müsəlmanları dağıntılar altında qoydular, 40 mindən çox fələstinli şəhid edildi, ancaq 100 min fələstinli uşaq dünyaya gəldi və onlar doğulduğu andan etibarən cihad dərsini alacaqlar, gələcəkdə düşmənin ürəyini yaracaqlar.
O qeyd edib ki, Müqavimət döyüşçüləri düşmənin vurduğu zərbələrinin qisasını alırlar. Bu böyük cərəyanı nə söndürmək, nə də bitirmək mümkün deyil.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı çıxışının sonunda düşmənlərə xitabən deyib: “Biz sizinlə göz-gözəyik və sizinlə sona qədər vuruşacağıq və müsəlmanların taleyinə hakim olmanığınıza imkan verməyəcəyik. Siz ağrılı zərbələr alacaqsınız və bizim intiqamımızı gözləyin”.