İranın xarici işlər naziri Əmir-Abdullahian Azərbaycana səfər edib.
https://parstoday.ir/azeri/news/iran-i910-İranın_xarici_işlər_naziri_Əmir_abdullahian_azərbaycana_səfər_edib.
Azərbaycan respublikasında keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian çərşənbə axşamı Bakıya daxil olub.
(last modified 2023-07-05T06:40:21+00:00 )
İyul 05, 2023 05:20 Asia/Baku
  • İranın xarici işlər naziri Əmir-Abdullahian Azərbaycana səfər edib.

Azərbaycan respublikasında keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian çərşənbə axşamı Bakıya daxil olub.

Qoşulmama Hərəkatının iclası iyulun 5-də və 6-da üzv dövlətlərin xarici işlər nazirləri və başçılarının nümayəndələrinin iştirakı ilə Bakı Konvensiya Mərkəzində keçiriləcək.

İclasda İran İslam Respublikası Xarici İşlər Nazirinin çıxışı planlaşdırılıb.

Qoşulmama Hərəkatının iclasında bəzi regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur.

Azərbaycan KIV-in məlumatına istinadən  Əmir-Abdullahianın Azərbaycan XİN başçısı Ceyhun Bayramov və digər rəsmilərlə görüşü planlaşdırılır.

Müxtəlif ölkələrin rəsmilərinin və nümayəndələrinin iştirakı üçün Qoşulmama Hərəkatının Sammiti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra ən böyük qlobal forumdur və xüsusi beynəlxalq əhəmiyyət kəsb edir.