Yeni milad ili münasibətilə dünya xristianlarına təbrik
https://parstoday.ir/azeri/news/iran-i9250-yeni_milad_ili_münasibətilə_dünya_xristianlarına_təbrik
Bu gün, 2025-ci il yanvarın biri, yeni milad ilidir.
(last modified 2025-01-02T04:17:02+00:00 )
Yan 01, 2025 05:15 Asia/Baku
  • Yeni milad ili münasibətilə dünya xristianlarına təbrik

Bu gün, 2025-ci il yanvarın biri, yeni milad ilidir.

İran İslam Respublikasının Aran radiosu dünya xristianlarını, xüsusən İran xristianlarını yeni milad ili münasibətilə təbrik edərək, onlara dünya səviyyəsində dinclik, sülh, ədalət və bərəkətlə dolu bir il arzu edir.

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian və İranın digər rəsmiləri öz növbələrində xristian ölkələrin xalqları, rəsmiləri və dövlət başçılarına müraciətlərində yeni milad ilinin başlanmasını təbrik və yeni milad ilində hamı, xüsusən xristianlar üçün sevinc, sağlamlıq və sülh arzu ediblər.

İran İslam Respublikasının prezidenti bazar ertəsi günü bəyan edib ki, nur və rəhmət peyğəmbəri və onun mövludu olan Hz İsa Məsih (ə) bütün ilahi peyğəmbərlər kimi bəşər cəmiyyətlərində sülh və əxlaqı ehtiramla bəyan edir və onun təlimləri haqsızlıqların aradan qaldırılması üçün həll yoludur.

prezident Pezeşkian yeni il ərəfəsində və bu möhtəşəm yeni ilin xeyir-duası ilə zülmün, zorakılığın, müharibənin və soyqırımın kökünün kəsiləcəyini, dünyada sülh və əmin-amanlığın bərqərar olacağını görəcəyimizə ümid etdiyini bildirib.

Həzrət İsa(ə) böyük ilahi peyğəmbərlərdən olaraq, Qurani-Məciddə çox hörmətlə yad edilibdir.

Qurani-Kərimin bir çox ayələrində Həzrət İsa(ə) təqdim olunur və səmavi kitab və şəriətə malik olan peyğəmbərlərdən biri kimi onun yeri və roluna işarə edilir.