İran və Azərbaycan birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
https://parstoday.ir/azeri/news/iran-i9528-İran_və_azərbaycan_birgə_komissiyanın_16_cı_iclasında_iqtisadi_əməkdaşlığı_müzakirə_edəcəklər
Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək
(last modified 2025-01-20T07:05:16+00:00 )
Yan 20, 2025 06:56 Asia/Baku
  • İran və Azərbaycan birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər

Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək

Yanvarın 22-23-də Tehranda İran – Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək və burada əsas sahələrdə əməkdaşlıq müzakirə olunacaq.

bu barədə İran Islam Respublikası nəqliyyat və şəhərsalma Nazirliyinin xəbər saytıməlumat yayıb.

Komissiyanın həmsədrləri İranın nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev olacaq.

Yanvarın 22-də Azərbaycandan 40 nəfərlik nümayəndə heyəti iranlı həmkarları ilə profil komitələr çərçivəsində nəqliyyat, bank işi, investisiya, energetika, turizm, mədəniyyət və kommunikasiya məsələlərini müzakirə edəcək.

Yanvarın 23-də müzakirələrin yekununda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.