-
İran İsrailin Yəmənə hücumlarını pisləyib
May 06, 2025 09:05Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrailin Hüdeydə limanına və Yəmənin digər infrastrukturlarına qarşı hərbi təcavüzünü kəskin şəkildə pisləyib və bunu açıq cinayət və beynəlxalq hüququn prinsip və qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirib.
-
İranın stolüstü tennis fenomeni dünya reytinqində üçüncü yerə yüksəlib
May 06, 2025 09:03"Star Contender Tayland" yarışmasında parlayandan sonra Binyamin Fərəci 17 yaşa qədər dünyanın ən yaxşı stolüstü tennis oyunçuları arasında üçüncü yeri tutub.
-
Hökumət sözçüsü: Tehran-Bakı aviareysləri açılıb
May 06, 2025 08:58Fatimə Mühacirani deyib: Prezidentin Azərbaycan Respublikasına ilk səfərindən sonra, siyasi qarşılıqlı etimadın yaradılmasından və strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənədin hazırlanmasına razılıq verdikdən sonra həftənin hər günü Tehran-Bakı aviareyslərinin açılmasının şahidi olduq.
-
Pezeşkiyan şəhid Rəisinin anasını ziyarət edib
May 06, 2025 06:31Prezident doktor Məsud Pezeşkiyan bu gün (bazar ertəsi) günorta saatlarında Məşhədə gəldikdən sonra şəhid Ayətullah Rəisinin anası ilə görüşüb.
-
Ali Məqamlı Rəhbər Ayətullah Nuri Həmədanini ziyarət edib
May 05, 2025 17:24İslam İnqilabının Ali Rəhbəri Tehrandakı xəstəxanalardan birində Ayətullah Nuri Həmədanini ziyarət edib.
-
İslami: Nüvə enerjisi inkişafda qabaqcıl və milli güc vasitəsidir
May 05, 2025 15:01Atom Enerjisi Təşkilatının sədri elitaların iştirakı ilə nüvə sənayesi üçün 20 illik strateji sənədin hazırlandığını bəyan edərək vurğulayıb: Nüvə enerjisi ölkənin inkişafında strateji rol oynayır və zənginləşdirmə bu sənayenin əsas özəyi və ən mühüm nailiyyətlərindən biri kimi milli müstəqillik və nüfuz rəmzidir.
-
İranlı ağır atlet dünyanın ən güclü yeniyetməsi oldu
May 05, 2025 10:59Ərdəbilli yeniyetmə 2025-ci ildə gənclər və yeniyetmələr arasında ağır atletika üzrə dünya çempionatında ən güclü yeniyetmə adını qazanıb.
-
Pakistanın xarici işlər naziri İran-ABŞ dolayı danışıqlarına uğurlar arzulayıb
May 05, 2025 10:53Pakistanın baş nazirinin müavini və xarici işlər naziri iranlı həmkarı ilə görüşündə doktor Seyid Abbas Əraqçinin İslamabada səfərini yüksək qiymətləndirərək deyib: Tehran və İslamabad həmişə bir-biri ilə həmrəy olublar və İran və ABŞ arasında (dolayı) nüvə müzakirələrinə uğurlar arzulayırıq.
-
Xarici İşlər Nazirliyinin Yəmənlə bağlı İran İslam Respublikasına qarşı ittihamlarla bağlı bəyanatı
May 05, 2025 07:45İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Yəmən xalqının özünümüdafiə və Fələstin xalqına dəstək məqsədilə göstərdiyi cəsarətli hərəkətləri İran ilə bağlı əsassız iddiaların təkrarlanmasını bu qüdrətli və məzlum xalqa qarşı təhqir hesab edir və xatırladır ki, məhz ABŞ hərbçiləri sionist rejimin soyqırımına dəstək olaraq Yəmən xalqına qarşı müharibə aparır və ölkənin müxtəlif şəhərlərində infrastruktur və mülki hədəflərə hücum edərək hərbi cinayətlər törədirlər.
-
Müdafiə naziri: İran İslam Respublikasına hücum edilərsə, güclü cavab verəcəyik
May 04, 2025 17:44Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri deyib: “İran İslam Respublikası raket şəhərlərində böyük raket ehtiyatına malikdir və əgər müharibə tətbiq olunarsa, onları heç bir tərəddüd etmədən və heç nəyi nəzərə almadan istənilən yerdə hədəflərə qarşı istifadə edəcək.”