-
Parlamentin Milli Təhlükəsizlik Komitəsinin sədri: Danışıqlar geri çəkilmək demək deyil
Avq 10, 2025 14:42İran İslam Respublikasının danışıqlar tarixçəsinə toxunan Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi bildirib ki, bəzi insanlar danışıqları geri çəkilmə kimi qəbul edirlər, halbuki bu, yanlış baxışdır. Onun sözlərinə görə, İran bütün dövrlərdə danışıqlara güclü şəkildə qatılıb və prinsiplərinə sadiq olduğunu sübut edib, amma qarşı tərəf dəfələrlə öhdəliklərini pozub.
-
İranın xarici işlər naziri Qəzza ilə bağlı İƏT-in fövqəladə iclasının keçirilməsini tələb edib
Avq 09, 2025 13:20İranın xarici işlər naziri bir məktubla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinə və Türkiyə ilə Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinə müraciət edərək Qəzzada baş verən faciəvi vəziyyətin müzakirəsi məqsədilə İƏT-in fövqəladə iclasının keçirilməsini istəyib. O vurğulayıb: Hazırda baş verənlər təkcə bir humanitar böhran deyil, mühasirə altında olan mülki əhalinin planlı şəkildə məhv edilməsidir.
-
Əli Laricani Ali Təhlükəsizlik Şurasında Rəhbərin nümayəndəsi təyin edildi
Avq 07, 2025 12:52Həzrət Ayətullah Xamenei fərman verərək, Əli Laricanini İranın Ali Təhlükəsizlik Şurasında rəhbərin nümayəndəsi təyin edib.
-
Jurnalist – həqiqətin müdafiə cəbhəsinin ön xəttindəki komandandır
Avq 08, 2025 14:28Prezident bildirib: Vətənimiz bu gün hər zamankından daha çox səmimi olmağa, izzətli davamlılığa və sarsılmaz müdafiəyə ehtiyac duyur. O əlavə edib: İranı müdafiə etmək yalnız döyüş meydanında deyil; bəzən bu, düzgün bir başlıqda, dəqiq bir reportajda və ya təhrifə və ümidsizlik yaymağa qarşı dayanmaqda öz ifadəsini tapır. O, Prezident olaraq, xəbər, reportaj, təhlil və nəql sahəsində çalışan bütün mübarizlərə Jurnalistlər Günü münasibətilə səmimi təbriklərini çatdırıb.
-
Cənab Əhmədian və cənab Şamxani Müdafiə Şurasında Ali Dini Liderin nümayəndələri təyin edilib
Avq 07, 2025 16:51İnqilab Rəhbəri bir fərmanla Doktor Əli Əkbər Əhmədian və Əli Şəmxanini Müdafiə Şurasında özünün nümayəndələri təyin etdi. Fərmanın mətni belədir: Mərhəmətli və Rəhmli Allahın adı ilə Müdafiə Şurasının təsdiqi və formalaşması ilə bağlı mən cənab doktor Əli Əkbər Əhmədian və cənab Şamxanini həmin şurada öz nümayəndələrim təyin edirəm. Onlara və o şuranın digər üzvlərinə Allahdan uğurlar diləyirəm. Ayətullah Seyid Əli Xamenei 7 avqust 2025
-
İran Məzar Şərifdəki terror aktının tam araşdırılmasını və təşkilatçıların ifşa olunmasını tələb edir
Avq 08, 2025 13:17İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Məzar Şərifdəki konsulluğa edilən hüc,umun 27-ci ildönümü münasibətilə verdiyi bəyanatda bu terror aktının bütün cəhətlərinin aydınlaşdırılmasının və bu cinayətdə əli olanların və göstəriş verənlərin müəyyən edilərək cəzalandırılmasının vacibliyini vurğulayıb.
-
Ənsarullah lideri: İsrail ABŞ bombaları ilə Qəzzə xalqını qırmağa davam edir
Avq 08, 2025 08:14Yəmənin Ənsarullah hərəkatının lideri Fələstin və Qəzzədəki son hadisələrə toxunaraq vurğulayıb ki, sionist düşmən hələ də ABŞ bombaları ilə Qəzzə sakinlərinin qətliamını davam etdirir.
-
Ümumdünya Səhiyyə Təşkilatından xəbərdarlıq: Qəzzədə təxminən 12 min uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir
Avq 07, 2025 22:12Ümumdünya Səhiyyə Təşkilatı bu gün bildirib ki, Qəzzə zolağında beş yaşından kiçik uşaqlar arasında kəskin qidalanma çatışmazlığından əziyyət çəkənlərin sayı təxminən 12 min nəfərə çatıb. Bu, bölgədə aclıq səbəbiylə ölüm hallarının artması ilə müşayiət olunan misli görünməmiş bir rəqəmdir.
-
Dünyanın ən böyük konteyner daşıyan gəmiçilik şirkətləri arasında İran Gəmiçiliyi 16-cı yerə yüksəldi
Avq 07, 2025 19:16İran İslam Respublikasının Gəmiçilik Şirkəti (IRISL), “Alphaliner” reytinq qurumunun ən son hesabatında əvvəlki mövqeyindən üç pillə yüksələrək dünyanın ən böyük konteyner daşıyan gəmiçilik şirkətləri arasında 16-cı yeri tutub.
-
İranın xarici işlər naziri Qəzza ilə bağlı İƏT-in fövqəladə iclasının keçirilməsini tələb edib
Avq 07, 2025 19:09İranın xarici işlər naziri bir məktubla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinə və Türkiyə ilə Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinə müraciət edərək Qəzzada baş verən faciəvi vəziyyətin müzakirəsi məqsədilə İƏT-in fövqəladə iclasının keçirilməsini istəyib. O vurğulayıb: Hazırda baş verənlər təkcə bir humanitar böhran deyil, mühasirə altında olan mülki əhalinin planlı şəkildə məhv edilməsidir.