Yan 14, 2024 12:32 Asia/Baku
  • Yəmənlilərin Amerika koalisiyasına qarşı birləşməsi

Amerika və İngiltərənin Yəmənə qarşı hücumu xalqın geniş reaksiyası və Yəmən rəsmilərinin xəbərdarlığı ilə qarşılanıb.

Amerika və İngiltərə cümə günü yəmənlilərə qarşı hava və dəniz hücumları həyata keçirib. Bu əməliyyatda Yəmən ordusuna bağlı 16 mərkəzdə 60 hədəf vurulub ,bu hücumda 100-dən çox hədəf raketdən istifadə edilib.

Amerika və İngiltərə raketlərlə Səna və Hudeyda, Taiz, Həccə və Səada əyalətlərini hədəfə alıb. Bu hücumlarda 5 Yəmənli  şəhid olub, daha 6 nəfər yaralanıb.

Amerika və İngiltərənin iddiası budur ki, bu hücumlar Yəmənin işğal olunmuş ərazilərə gedən gəmilərə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirilib.

Sionist rejimin Qəzzaya qarşı müharibəsinin ikinci ayından etibarən Yəmən qüvvələri işğal olunmuş ərazilərin cənubundakı Eylat limanına raket və pilotsuz təyyarələr atmaqla və həmçinin keçidin qarşısını alaraq Qəzzə müharibəsini dayandırmaq üçün Təl-Əvivə təzyiq göstərməyə çalışıblar. İndi isə Qırmızı dənizdəki Amerika koalisiyası yəmənlilərə təzyiq edərək Qəzzaya dəstək verməsinin qarşısını almağa çalışır.

Lakin Vaşinqtonun təsəvvürü düzgün deyildi, çünki bu hücumlar yəmənlilərin Amerika koalisiyası ilə qarşı-qarşıya qalması və sionist rejimə qarşı hücumların davam etdirilməsi ilə bağlı birliyi  ilə müşayiət olundu. Yəmən vətəndaşları cümə günü günortadan sonra Sənada milyonluq yürüşdə iştirak edərək, Amerikaya qarşı mübarizəni davam etdirməyə və Qəzza xalqını işğalçı Qüds rejiminə qarşı dəstəkləməyə hazır olduqlarını bəyan ediblər.

Yəmənin müdafiə naziri “Məhəmməd Nasir Əl-Atefi” cümə günü axşam Amerika, İngiltərə və sionist rejimə xəbərdarlıq edərək deyib: Yəmən düşmənə qarşı durmağa və cavab verməyə hazırdır və üstün bir mövqedədir. Məhəmməd Nasir əl-Atefi həmçinin deyib: Biz dəfələrlə xəbərdarlıq etmişik ki, Qırmızı dəniz sionist düşmən rejiminə qadağadır.

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Məhəmməd Əl-Bəxiti cümə günü axşam saatlarında ABŞ və Böyük Britaniyadan öz hesablamalarını nəzərdən keçirmələrini və bu mövzuda keçmiş təcrübələrindən istifadə etmələrini istəyib.

Yəmən xalqının sionist rejimə qarşı aksiyaya dəstək verməsi ilə eyni vaxtda Amerika Konqresinin nümayəndələri də ölkələrinin yeni müharibəyə girməsindən narahat olduqlarını bildiriblər və vurğulayıblar ki, onların bu müharibəyə girməyə imkanı yoxdur.

Məsələ burasındadır ki, Amerika və İngiltərənin Yəmənə hücumu sionist rejimin Qəzzə xalqına qarşı soyqırımının davamıdır.

Bu hücumların davam etməsi bölgədəki proseslərə dərindən təsir edə və bölgədə gərginliyi artıra bilər. Buna görə də Qırmızı dənizdə müharibə vəziyyətinin hər hansı davamı Ənsarullahın cavabının növü və şiddətindən asılıdır.