İyul 02, 2024 14:42 Asia/Baku
  •     Yəmən ordusu üç dəniz və bir okeanda dörd hərbi və ticarət gəmisinə hücum edib

Yəmən silahlı qüvvələrinin sözçüsü bir bəyanatda bu qüvvələrin Qırmızı dəniz, Ərəb dənizi, Hind okeanı və Aralıq dənizində dörd müxtəlif əməliyyat keçirdiyini bildirib.

 

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii görüntülü bəyanatda bildiribdir ki: Məzlum Fələstin xalqını və onun mübariz döyüşçülərini himayə, həmçinin sionist düşmənin Qəzzə zolağında Fələstin xalqına qarşı cinayətlərinə, eləcə də Amerika və İngiltərənin Yəmən əleyhinə təcavüzlərinə cavab istiqamətində Yəmən silahlı qüvvələri Allah-Taalanın köməkliyi ilə dörd müstəsna hərbi əməliyyatda Amerika-İngiltərə-İsrail şər üçlüyünü aşağıdakı kimi hədəfə alıblar:

Birinci əməliyyatda raket qüvvələri bir neçə qanadlı raketlə İsrail rejiminin MSC Unific gəmisini hədəfə alıb və raketlər dəqiq və birbaşa surətdə hədəfə dəyiblər.

İkinci əməliyyatda raket və dəniz qüvvələri bir neçə ballistik və qanadlı raketlə cari həftədə ikinci dəfə Amerikanın Delonix neft tankerini Qırmızı dənizdə hədəfə alıb.

Üçüncü əməliyyatda İngiltərənin Anvil Point gəmisi Hind Okeanında hədəf seçilib və Allah-Taalanın lütfkarlığı ilə hücum dəqiq və birbaşa surətdə həyata keçib. Gəmi Yəmən silahlı qüvvələrinin raket qoşunlarının bir neçə qanadlı raketilə hədəfə alınıb.

Dördüncü əməliyyatda raket bölməsi bir neçə qanadlı raketilə Lucky Sailor gəmisini Aralıq dənizində hədəfə alıb. Zira, onun sahibi olan şirkət işğal olunmuş Fələstin limanlarına giriş qadağası qərarını pozubdur.

Yəmən silahlı qüvvələrinin əməliyyatları Qəzzə zolağında Fələstin xalqına qarşı tətbiq edilmiş blokadanın və təcavüzlərin dayanmayacağı zamanadək dayanmayacaqdır.

Teqlər