Məhərrəm ayının 2-ci günü
(last modified 2024-07-09T08:08:53+00:00 )
İyul 09, 2024 12:08 Asia/Baku
  • Məhərrəm ayının 2-ci günü

1. İmam Hüseyn (ə) 61-ci Hicri ilində məhərrəmin 2-də Kərbəlaya daxil oldu. Seyyid ibni Tavus nəql edir: “İmam (ə) Kərbəlaya çatanda soruşdu: “Bu yerin adı nədir?” Kərbəla adını eşidən zaman buyurdu: “Bu yer bizim yerə endiyimiz və bizim qanımızın töküldüyü yer və qəbirlərimizin yeridir. Bu xəbəri cəddim Rəsulallah (s) bizə vermişdir”.

 

 

2. Bu gün Hürr ibni Yezid, Ubeydullah ibni Ziyada məktub yazaraq, onu İmamın (ə) gəlişindən xəbərdar etdi.

3. Bu günü İmam (ə) Kufə əhlinə məktub yazır və Həzrətin inandığı insanları öz gəlişindən agah etmək istəyir. Həzrət (ə) bu məktubu Qeys ibni Məshərə verir ki, Kufəyə aparsın. Ancaq zalımlar bu səfiri tutur və onu şəhid edirlər. Qeysin şəhadət xəbəri İmama (ə) çatanda Həzrət (ə) ağlayır. Göz yaşı mübarək yanağından axır və o, bu halda buyurur: “Allahım! Bizim üçün və bizim Əhli-beyt (ə) davamçılarımız üçün Öz yanında uca bir qərargah qərar ver. Bizi onlarla bir yerdə Öz rəhmətində cəmlə ki, Sən hər bir işə Qadirsən”.

Teqlər