Ermənistanın Rusiya ilə münasibətlərini dəyişdirdiyini söyləmək hələ tezdir, lakin Vaşinqton buna çalışır_ABŞ Dövlət Nümayəndəsi
https://parstoday.ir/azeri/news/world-i2148-ermənistanın_rusiya_ilə_münasibətlərini_dəyişdirdiyini_söyləmək_hələ_tezdir_lakin_vaşinqton_buna_çalışır_abŞ_dövlət_nümayəndəsi
Ermənistanın Rusiya ilə münasibətlərini dəyişdirdiyini söyləmək hələ tezdir, lakin Vaşinqton buna çalışır.
(last modified 2025-06-23T09:04:51+00:00 )
Sen 15, 2023 11:52 Asia/Baku
  • Ermənistanın Rusiya ilə münasibətlərini dəyişdirdiyini söyləmək hələ tezdir, lakin Vaşinqton buna çalışır_ABŞ Dövlət Nümayəndəsi

Ermənistanın Rusiya ilə münasibətlərini dəyişdirdiyini söyləmək hələ tezdir, lakin Vaşinqton buna çalışır.

TASS xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim müvafiq sualı cavablandırarkən bildirib.

Kim vurğulayıb ki, Vaşinqton ABŞ və Ermənistan arasında münasibətləri elə qurmalıdır ki, onlar Rusiya ilə deyil, ABŞ ilə tərəfdaşlıqdan danışsınlar.

"Buna görə də bizim Ermənistana yardımımız tərəfdaşlığımızda çox vacibdir", -deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

Onun sözlərinə görə, ABŞ Ermənistana çoxtərəfli yardımı artırmalıdır.