ABŞ-dan İrəvana səfərlər intensivləşir
(last modified Mon, 25 Sep 2023 16:38:42 GMT )
Sen 25, 2023 20:38 Asia/Baku
  • ABŞ-dan İrəvana səfərlər intensivləşir

ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin başçısı Samanta Pauer və dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Yuri Kim İrəvanda səfərdədir. Bu barədə “Armenpress” məlumat yayıb.

İki gün öncə isə ABŞ-ın Ermənistandakı səfirliyi senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyətinin İrəvanda rəsmi səfərdə olduğunu bildirdi.

Həmin məlumatda qeyd olunurdu ki, senatorun səfər çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan parlamentin sədri Alen Simonyan, xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və digər rəsmi şəxslərlə görüşu nəzərdə tutulmuşdur.

Tərəflərin Qarabağdakı durumu, Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin nəticəsini eləcə də ikitərəfli münasibətləri,müzakirə edəcəkləri deyilirdi.