Noy 15, 2023 14:49 Asia/Baku
  • Müqvimət qəsbkar İsrail rejiminə gözdağı verdi

“Əl-Qəssam” briqadası Qəzzə sektorunda döyüş meydanında vəziyyətə nəzarət edir.

 

Bu barədə HƏMAS-n nümayəndəsi Üsamə Həmdan Livanda jurnalistlərə açıqlamasında deyib.

“Biz xalqımızı və bütün azad insanları əmin edirik ki, müqavimət və “Əl-Qəssam” briqadası qaydasındadır və döyüş meydanında vəziyyətə nəzarət edir. İşğalçılara deyirik: Döyüş hələ indi başlayır, getdikcə daha çox olacaq”, - deyə Ü.Həmdan bildirib.

Qeyd edək ki, HƏMAS döyüşçüləri Qəzzəyə soxulan İsrail qüvvələrini bəzi cəbhələrdə geri oturtmağa nail olub; düşmənin onlarla tankı və zirehli texnikası sıradan çıxarılıb. Həmçinin sionist rejim ordusunun insan tələfatı durmadan artır və bu məsələ hazırda İsrail ictimaiyyətini silkələyir.

Teqlər