Noy 20, 2023 12:46 Asia/Baku
  • HƏMAS-ın yüksək rütbəli üzvü: BMT israilli hərbi cinayətkarları mühakimə etməlidir

HƏMAS-ın yüksək vəzifəli üzvü Üsamə Həmdan bazar günü gecə saatlarında deyib: “Biz BMT-dən israilli hərbi cinayətkarları mühakimə etməyi tələb edirik.”

Aran Radiosu “Əl-Cəzirə”-ə istinadla xəbər verir ki, Üsamə Həmdan deyib: “Son günlər sionist düşmən fələstinliləri qovmaq məqsədi ilə Qəzzada cinayətlərini gücləndirib.”

O əlavə edib: “Məhz sionist düşmən oktyabrın 7-də 4000 nəfərin iştirak etdiyi mərasimi hədəfə alaraq qətliam həyata keçirdi.”

Həmçinin Qeyd edəki, bu gün (bazar ertəsi) səhər saatlarında sionist rejim ordusunun Qəzzada İndoneziya xəstəxanasına hücumu nəticəsində 8 fələstinli şəhid olub.

“Əl-Cəzirə” kanalı bildirib, sionist rejim ordusu Qəzzada İndoneziya xəstəxanasını artilleriya hücumları ilə hədəfə alıb.

Bu xəbərə əsasən, sionist artilleriyasının İndoneziya xəstəxanasına hücumundan sonra xəstəxananın generatorları sıradan çıxıb və xəstəxananın elektrik enerjisi kəsilib.

Həmçinin HƏMAS-ın informasiya i xidməti indiyədək 5 mindən çox uşaq və 3 min 300 qadının şəhid olması faktına toxunaraq, bu hücumlarda 30 mindən çox insanın yaralandığını, onların 75%-nin qadın və uşaq olduğunu bildirib.