Noy 20, 2023 14:22 Asia/Baku
  • Hersoq dünya yəhudilərinə müraciət etdi - TƏHLİL

Dünya səviyyəsində Fələstinə dəstək aksiyasının keçirilməsi və İşğal altında qalan ərazilərdən əks-mühacirətin geniş vüsət alması fonunda qəsbkar rejimin başçısı dünya yəhdilərinə təsəlli verməyə məcbur olub.

 

Xunta İsrailin Qəzzədəki soyqırımına görə dünya xalqlarının ayağa qalxmasından və bunun nəticəsi olaraq yəhudilərə psixoloji təzyiqlərin artmasından nigaran olan İshaq Hersoq dünya yəhudilərinə etdiyi müraciətində bildirib ki, İsrail rejimi guya bütün sivil dünya üçün döyüşür.

Hersoq öz müraciətində dünyanın azadlıqsevər xalqlarını anti-semitizmdə ittiham etməyi də unutmayıb.

“Kütləvi qırğınlardan sonra biz bütün dünyada antisemitizmdə dəhşətli artım gördük. Bu fakt anti-semitizm və anti-İsrail əhval-ruhiyyəsi arasında sıx əlaqəni ortaya qoydu”, - deyə o bildirib.

Göründüyü kimi aparteid İsrail rejimi məzlum fələstinlilərə qarşı cinayətlərini pərdələmək üçün öz müxaliflərini bir qayda olaraq anti-semitizmdə ittiham edir və bu yolla onları susdurmağa çalışır.

Doğrudur, Qərb dövlətləri bu damğadan xilas olmaq üçün İsrail rejiminə bac verir, onun şərindən xilas olmağa cəhd edirlər və bunun bariz nümunəsi ABŞ və Almaniya kimi dövlətlərin şər rejimə hər cür dəstək vermələrini göstərmək olar. Lakin bu günlərdə müsəlman və həmçinin xristian ölkələrində müşahidə olunan misilsiz nümayişlər hökumətləri çətin vəziyyətdə qoyub. Onların bundan sonra qəsbkar İsrail rejimini himayə etmələri asan olmayacaq, dünya yəhudiləri isə sözü gedən rejimin xəcalətini çəkəcəklər.

Maraqlıdır ki, yəhudilər də yaşadıqları ölkələrdə İsrail rejiminin əleyhinə keçirilən izdihamlı yürüşlərdə fəal iştirak edir, bədnam rejimdən məsafə saxlamağa çalışır və onun cinayətlərinə şərik olmadıqlarını nümayiş etdirirlər.  

 

Teqlər