Dek 18, 2023 12:55 Asia/Baku
  • Sionistlərə qeyri-adi təəssübkeşlik acizlik əlamətidir - TƏHLİL

Müxtəlif ölkələrdə, o cümlədən ABŞ və İngiltərədə xalqlar Qəzzədə törədilən cinayətləri soyqırım adlandırsalar da, bu iki dövlət cəllad rejimə total dəstək verməkdə davam edirlər.

 

ABŞ və İngiltərə hərbi dəstəkdən əlavə, sionist rejimin Qəzzə sakinlərinə qarşı soyqırım cinayətinin BMT Təhlükəsizlik Şurasında pislənilməsinə veto qoymaqla sionistlərin cinayətində faktiki olaraq ortaqdırlar.

Bu çirkin siyasət o deməkdir ki, dünya sistemində güc məntiqi üstünlük təşkil edir, çünki ABŞ və Britaniya sionist rejimi tam dəstəkləyir və Qəzzədə müharibənin dayandırılması ilə bağlı Təhlükəsizlik Şurasında hər hansı bir qətnamənin təsdiqlənməsinə mane olur.

Vaşinqton və Londonun davranışı göstərir ki, müsəlmanların soyqırımı bu dövlətlər tərəfindən dəstəklənir.

Digər tərəfdən, bu davranışlar İslam İnqilabının Aliməqamlı Rəhbərinin dəfələrlə qeyd etdiyi kimi, Qəzzədə baş verənlər HƏMAS ilə sionist rejim arasında gedən müharibə deyil, bunun heç şübhəsiz Qərbin müsəlmanlara qarşı müharibəsi olduğunu göstərir.

Bununla yanaşı sözü gedən dövlətlər ikili standartlardan çıxış edərək, Müqavimət komandirlərinə və İran İslam Respublikasına qarşı sanksiyalar tətbiq etməklə çaşqınlıq və aciz durumda olduqlarını nümayiş etdirirlər.  

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ və Britaniyanın SEPAH Qüds Qüvvələrinin komandanına qarşı tətbiq etdiyi sanksiyaları pisləyərək deyib: “İran və onun rəsmi və qanuni silahlı qüvvələri, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri hər zaman terror qrupları və onları dəstəkləyən rejimlərin kabusu olacaq”.

Teqlər