Dek 23, 2023 13:10 Asia/Baku
  • Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsi: zəruri addımdır, lakin yetərli deyil

Cümə günü, dekabrın 22-də BMT Təhlükəsizlik Şurası atəşkəs elan etmədən Qəzzaya yardımı artırmaq barədə qətnamə qəbul edib. Təhlükəsizlik Şurasının iki daimi üzvü olan Amerika və Rusiya bu qətnamədən bitərəf qalıb. Digər 13 üzv isə qətnamə ilə razılaşıb.

Təsdiqlənmiş qətnaməni izah edən BƏƏ-nin BMT-dəki nümayəndəsi deyib: “BƏƏ-nin təqdim etdiyi qətnamə  Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün humanitar yardım koordinatorunun təyin edilməsini tələb edir."

Birləşmiş Ştatlar Rusiyanın bu qətnamənin mətninə “döyüş əməliyyatlarının dərhal və daimi dayandırılması” bəndinin daxil edilməsi tələbinə veto qoyub. Moskva Vaşinqtonun hərəkətini Fələstin xalqının İsrail tərəfindən öldürülməsini təmin etmək səylərinə uyğun olaraq xarakterizə edib. Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia deyib: “Vaşinqton İsrail tərəfindən fələstinli mülki vətəndaşların öldürülməsinə icazə verilməsi üçün pis oyun oynayır”.

Bunun əksinə olaraq Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsini münaqişələrə son qoymaq və Qəzzada humanitar böhranla məşğul olmaq üçün “qeyri-adekvat addım” kimi qiymətləndirib. HƏMAS bəyanatında bildirib ki, Təhlükəsizlik Şurasının "Qəzza zolağının bütün ərazilərinə, xüsusən də şimal bölgələrinə kifayət qədər humanitar yardımın gəlməsini təmin etmək" vəzifəsi var, BMT qətnaməsində sionist rejimin Qəzza zolağında hərbi əməliyyatlarının dərhal dayandırılması yer almali idi.

Bu qətnamənin təsdiqi isə ötən günlərdə ona dair səsvermə dörd dəfə təxirə salındığı halda baş tutub. Nəhayət, Amerika nümayəndəsi cümə günü yeni düzəliş edilmiş mətnə ​​səs verməyə hazır olduğunu açıqladı. Oktyabrın 7-də sionistlərin Qəzzə zolağına hücumlarının başlamasından bəri Vaşinqton sionist rejimin hərbi əməliyyatları və Qəzzə zolağının bombalanmasına tam dəstək verib. Siyasi və diplomatik ölçüdə ABŞ Qəzzada dərhal atəşkəs tələb edən bir neçə qətnaməyə veto qoyub və sionist rejimin özünü müdafiə haqqı bəhanəsi ilə bu hücumların davam etdirilməsinə yaşıl işıq yandırıb.

Eyni zamanda, hüquq müdafiəçiləri və Xarici İşlər Nazirliyi, Daxili Təhlükəsizlik Departamenti kimi qurumların bəzi işçiləri və hətta Ağ Evin əməkdaşları dəfələrlə Baydendən Təl-Əvivə yardim etməməyi istəyiblər, hətta bir sıra dövlət işçiləri istefaya gediblər.

İndi Qəzza müharibəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbulu ilə bağlı çıxılmaz vəziyyət nəhayət aradan qaldırılsa da, sionist rejimin Qəzzə müharibəsində atəşkəs tələbinin əsas məsələsi diqqətdən kənarda qalıb. Bu, Birləşmiş Ştatların qeyri-qanuni və təzyiqçi şərtinə riayət etmək, yəni atəşkəs tələbinin Təhlükəsizlik Şurasının qətnaməsindən çıxarılması ilə baş verdi.

Təbii ki, bu məsələ Təhlükəsizlik Şurasının üzvləri və insan haqları təşkilatları tərəfindən tənqid və etirazla qarşılanıb. Bu kontekstdə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzia Moskvanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzza zolağı ilə bağlı yeni humanitar qətnaməsinə yalnız ərəb ölkələri ilə həmrəy olduğu üçün veto qoymadığını açıqlayıb. Vaşinqton tərəfindən veto qoyulmuş "döyüş əməliyyatlarının dərhal dayandırılması" və davamlı hərbi əməliyyatlar haqqında bənddə rəsmi moskova tərəfindən  daxil edimişdir.