İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Mart 22, 2024 06:26 Asia/Baku
Əfqanıstanda terror: Ölənlər var
Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində terror hücumu nəticəsində 3 nəfər həyatını itirib .
Qəndəhar Polis İdarəsindən verilən açıqlamada 20 mart səhər saatlarında Kabil Bankın Qəndəhar şöbəsi yaxınlığında intiharçı hücumunun həyata keçirildiyi açıqlanıb.
Hücum nəticəsində 3 nəfərin öldüyü, 12 nəfərin yaralandığı açıqlanıb.
Əfqanıstanın Qəndəhar şəhərində törədilən bu intihar hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.