Rusiya dözülməz sınaqlardan keçib, lakin daha da güclənib -Putin
Rusiya Prezidenti Vladimir Putin: Bizim birliyimizi, iradəmizi heç kim və heç nə sarsıda bilməz
"Bizim birliyimizi, iradəmizi heç kim və heç nə sarsıda bilməz".
bunu Rusiya Prezidenti Vladimir Putin Moskvadakı terror aktından sonra televiziya vasitəsilə yayımlanan çıxışında deyib.
"Bizim qətiyyətimiz və cəsarətimiz, birləşmiş Rusiya xalqının gücü. Çoxmillətli cəmiyyətimizə heç kim zəhərli nifaq, çaxnaşma və nifaq toxumu səpə bilməyəcək.
Rusiya dəfələrlə çətin, bəzən dözülməz sınaqlardan keçib, lakin daha da güclənib. İndi də belə olacaq",- Putin vurğulayıb.
əlavə edək ki, Moskvada terror aktı nəticəsində ölənlərin sayı 133-ə çatıb Rusiya İstintaq Komitəsi bildirib “Crocus City Hall”da dağıntıların bir hissəsi təmizlənib. Nəticədə ölənlərin sayının 133 nəfərə çatdığı məlum olub. Axtarış tədbirləri davam edir.
Terror aktı nəticəsində yaralanan 107 nəfər isə xəstəxanalarda müalicə olunur, onlardan üçü uşaqdır.