ABŞ Yaponiyadakı hərbi qərargahının funksiyalarını genişləndirəcək
https://parstoday.ir/azeri/news/world-i4938-abŞ_yaponiyadakı_hərbi_qərargahının_funksiyalarını_genişləndirəcək
ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişida gələn ay Çinlə bağlı ortaq narahatlıqlar fonunda ABŞ-ın Yaponiyadakı hərbi komandanlığının yenidən qurulması planını açıqlayacaqlar.
(last modified 2024-03-28T04:57:05+00:00 )
Mart 25, 2024 10:37 Asia/Baku
  • ABŞ Yaponiyadakı hərbi qərargahının funksiyalarını genişləndirəcək

ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişida gələn ay Çinlə bağlı ortaq narahatlıqlar fonunda ABŞ-ın Yaponiyadakı hərbi komandanlığının yenidən qurulması planını açıqlayacaqlar.

ABŞ hərbi komandanlığı Yaponiyadakı silahlı qüvvələrinin qərargahının funksiyalarını genişləndirmək niyyətindədir.

bu barədə "Kyodo" agentliyi xəbər verib.

Məlumata əsasən, qərargaha Yaponiyanın özünümüdafiə qüvvələri ilə birgə təlimləri müstəqil planlaşdırmaq və Yaponiya tərəfi ilə daha aktiv məlumat mübadiləsi aparmaq imkanı vermək planlaşdırılır.

İkitərəfli təhlükəsizlik müqaviləsinin hərtərəfli yenilənməsini də ehtiva edən təşəbbüsün Yaponiyanın baş naziri Fumio Kişidanın ABŞ prezidenti Co Bayden ilə aprelin 10-na planlaşdırılan görüşündə təsdiqlənəcəyi gözlənilir.

Ağ Ev, ABŞ Milli Təhlükəsizlik Şurası, ABŞ Dövlət Departamenti və Yaponiya hökuməti ABŞ-ın Yaponiyadakı hərbi komandanlığının yenidən qurulması planının təfərrüatlarını indiyədək şərh etməkdən imtina ediblər, lakin Vaşinqton son zamanlarda Tokionun artan hərbi yanaşmasını qəti şəkildə dəstəkləyib Çünki Yaponiyanın hərbi qüdrətinin artması birbaşa ABŞ və onun əsas müttəfiqlərinin hərbi və təhlükəsizlik fəaliyyətinin artması ilə bağlıdır.

Tokio son vaxtlar Çinin artan hərbi gücünü Yaponiya və beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq adlandırıb.