Zaxarova: Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
https://parstoday.ir/azeri/news/world-i5358-zaxarova_qərb_cənubi_qafqazda_sabitliyi_pozmağa_çalışır
Qərb ölkələri Cənubi Qafqaz regionuna sülhməramlı niyyətlə daxil olmağa çalışmırlar.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Apr 25, 2024 10:41 Asia/Baku
  • Zaxarova: Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır

Qərb ölkələri Cənubi Qafqaz regionuna sülhməramlı niyyətlə daxil olmağa çalışmırlar.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Baku TV”nin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qərb regiona təsir göstərərək öz iqtisadi mənfəətini qazanmağa və sabitliyi pozmağa çalışır: “Bu cür tendensiyalar, şübhəsiz ki, regionda qüvvələr balansını pozur və müvafiq razılaşmalar əsasında qurulmalı olan sülh nizamlanmasına xələl gətirir”.