Birləşmiş Millətlər Təşkilatı sionistlərin Rəfaha hücumu təhlükəsi barədə xəbərdarlıq edib
https://parstoday.ir/azeri/news/world-i5470-birləşmiş_millətlər_təşkilatı_sionistlərin_rəfaha_hücumu_təhlükəsi_barədə_xəbərdarlıq_edib
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər İdarəsinin sözçüsü soyqırım törədən sionist rejiminin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumunun təhlükəsi barədə xəbərdarlıq edib.
(last modified 2024-05-05T05:38:35+00:00 )
May 04, 2024 08:46 Asia/Baku
  • Birləşmiş Millətlər Təşkilatı sionistlərin Rəfaha hücumu təhlükəsi barədə xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər İdarəsinin sözçüsü soyqırım törədən sionist rejiminin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumunun təhlükəsi barədə xəbərdarlıq edib.

2023-cü il oktyabrın 7-dən Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirən sionist işğalçı rejim çoxlu sayda fələstinli qaçqının yaşadığı Rəfah şəhərinə hücum etməyi planlaşdırır.

Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər İdarəsinin sözçüsü cümə günü Cenevrədə keçirdiyi mətbuat konfransında xəbərdarlıq edib ki, sionist rejimin Rəfah şəhərinə hər hansı bir hücumu dinc əhalinin ölümünə və Qəzza zolağının yüz minlərlə sakininin həyatını təhlükəyə ata bilər.

Bundan əvvəl Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bu ölkənin Fələstin xalqına dəstək əməliyyatlarının dördüncü mərhələsinin başlandığını elan edərkən  sionistlərin Qəzza zolağının Rəfah şəhərinə hücumunun nəticələri barədə bu işğalçı rejimə xəbərdarlıq edib.

Qətərin Əl-Cəzirə şəbəkəsi dünən cümə günü xəbər verib ki, saxta sionist rejim döyüşçüləri Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şimalındakı "Əl-Zəhur" məhəlləsini bombalayıb, nəticədə 6 fələstinli mülki şəxs şəhid olub.

9 nəfərin yaralanması ilə nəticələnən digər hücumda isə Qəzza zolağının mərkəzində yerləşən “Əl-Bəric” düşərgəsindəki daha bir yaşayış evi işğalçı İsrail rejiminin hava hücumu ilə hədəfə alınıb.

BMT-nin məlumatına görə, sionist rejimin Qəzza zolağındakı cinayətləri yoxsulluğun səviyyəsini 90%-dən çox artırıb və normal şəraitdə bu ərazinin yenidən qurulması 80 il çəkəcək.