Şoyqu müdafiə naziri vəzifəsindən getdi
(last modified Mon, 13 May 2024 10:09:45 GMT )
May 13, 2024 14:09 Asia/Baku
  • Şoyqu müdafiə naziri vəzifəsindən getdi

Rusiyada yeni kadr dəyişikliyi çərçivəsində Sergey Şoyqu müdafiə naziri vəzifəsindən azad edilib.

 

Bu məlumata əsasən, Sergey Şoyqu Müdafiə Nazirliyindən azad edilərək Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Rusiya prezidenti Vladimir Putin Rusiya hökuməti sədrinin keçmiş birinci müavini Andrey Belousovun müdafiə naziri vəzifəsinə təyin edilməsini təklif edib.

Qeyd edək ki, 65 yaşlı Belousov müxtəlif vaxtlarda dövlət başçısı Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru işləyib.

Prezident həmçinin Sergey Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Təhlükəsizlik Şurasının hazırkı katibi Nikolay Patruşev başqa işə keçməsi ilə əlaqədar katiblik vəzifəsindən azad edilib.