Paytaxt təmsilçisi İran premyer futbol liqasının çempionu oldu
https://parstoday.ir/azeri/news/world-i5938-paytaxt_təmsilçisi_İran_premyer_futbol_liqasının_çempionu_oldu
İran Premyer Liqasının 23-cü mövsümü “Persepolis”in çempionluğu ilə başa çatıb.
(last modified 2024-06-04T12:21:15+00:00 )
İyun 02, 2024 09:12 Asia/Baku
  • Paytaxt təmsilçisi İran premyer futbol liqasının çempionu oldu

İran Premyer Liqasının 23-cü mövsümü “Persepolis”in çempionluğu ilə başa çatıb.

 

Yerli klubların Premyer Futbol Liqasının son həftəsinin oyunları dünən saat 19:00-da başlayıb.

Ən həssas qarşılaşmalardan biri “Azadi” stadionunda  "Persepolis" ilə “Meskerman” komandası arasında baş tutub.

Oyunun 85-ci dəqiqəsində Georgi Qolsianinin qolu “Persepolisi” çempionluğa aparıb.

Başqa bir qarşılaşma isə, “Pas Qəvamin” stadionunda Tehranın “İstiqlal” komandası ilə “Peykan” komandası arasında baş tutub. Oyun Paytaxt təmsilçisinin xeyirinə 2:0 hesabı ilə başa çatsa da

komanda, çempionluğu qazana bilməyib.

 23-cü mövsümünün ən çox qol vuran oyunçusu isə,  Sepahane- İsfahan komandasının hücumçusu Şəhriyar Muğanlu 16 qolla turnirə liderlik edib.