Çili İsraili Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edəcək
(last modified Sun, 02 Jun 2024 08:46:04 GMT )
İyun 02, 2024 12:46 Asia/Baku
  • Çili İsraili Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edəcək

Çili prezidenti Qabriel Buriç ölkəsinin İsraili Beynəlxalq Ədalət Məhkəməsində əleyhinə şikayət etməyə hazır olduğunu açıqlayıb.

 

Boriç ötən gün Çili parlamentində çıxış edərəkən deyib ki, İsrail ordusunun günahsız vətəndaşlara, xüsusilə də fələstinli qadın və uşaqlara qarşı kor-koranə və tamamilə qeyri-mütənasib hərəkətlərinə nifrətimizi bidirməkdən əl götürə bilmərik. Əlbətdə, bu tədbirlər beynəlxalq ictimaiyyətdən qətiyyətli reaksiya tələb edir.

“Ona görə də biz, Fələstinə humanitar yardım göndərmək, İsraildən səfirimizi geri çağırmaq, Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı şikayət verməklə yanaşı, Cənubi Afrikanın da Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı şikayətinə qoşuluruq”-Çili prezidenti əlavə edib.

Xatırladaq ki, bundan bir qədər əvvəl Cənubi Afrika sionist rejiminə qarşı soyqırım konvensiyasını pozduğuna görə Beynəlxalq Ədalət Məhkəməsinə şikayət qaldırmışdı.

Beynəlxalq Ədalət Məhkəməsinin Cənubi Afrikanın sionist rejimə qarşı şikayəti ilə bağlı ilkin qərarı yanvar ayının 26-sı cümə günü verilib.

Verilmiş bu icbari hökm sionist rejimindən Qəzzədə soyqırımın qarşısını almaq üçün tədbirlər görməyi tələb edir.