Putin Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayıb
https://parstoday.ir/azeri/news/world-i6006-putin_Şimal_cənub_nəqliyyat_dəhlizinin_əhəmiyyətini_vurğulayıb
Avrasiya məkanında nəqliyyat-logistika əlaqələrinin inkişafını şərh edən Rusiya Federasiyasının Prezidenti deyib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi populyar beynəlxalq dəhlizə çevrilə bilər.
(last modified 2024-06-08T03:56:11+00:00 )
İyun 06, 2024 11:19 Asia/Baku
  • Putin Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayıb

Avrasiya məkanında nəqliyyat-logistika əlaqələrinin inkişafını şərh edən Rusiya Federasiyasının Prezidenti deyib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi populyar beynəlxalq dəhlizə çevrilə bilər.

 

Rusiya prezidenti Vladimir Putinin dediyinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi yüklərin Süveyş kanalından 10 gün tez çatdırılmasına imkan verəcək.

Putin onu da vurğulayıb ki, layihə Azərbaycan prezidenti, İran rəhbərliyi və xarici investorlar tərəfindən dəstəklənir.

Rusiya prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində əsas beynəlxalq xəbər agentliklərinin rəhbərləri, o cümlədən dost olmayan ölkələrin nümayəndələri ilə söhbət edib.

İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. Builki forumun mövzusu: "Çoxqütblü dünyanın əsası yeni inkişaf nöqtələrinin formalaşmasıdır".