Rusiya Ermənistana nota göndərib
Moskva Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfərindən narazılığını bildirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyanat verib.
Zaxarova bildirib ki, Moskva erməni nümayəndələrinin Ukraynanın Buça şəhərinə səfərini qeyri-dost addım kimi qiymətləndirir, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsi kimi qiymətləndirir.
“Biz Nor-Nork vilayətinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistan səfiri Vladimir Karapetyanın Buçaya səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk.
Biz onların Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Biz Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik”, - Zaxarova bildirib.
O qeyd edib ki, İrəvanın Nor Nork inzibati dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan “Qərbyönlü” Respublika Partiyasının sədri Aram Sarkisyanın silahdaşıdır, “buna görə də onun reaksiyası tamamilə başa düşüləndir”. Zaxarova həmçinin Ermənistan hakimiyyətinin bu cür bəyanatlarla razılaşmasını qəbul edilməz adlandırıb.