"Real Madrid" Toni Kroosun müqaviləsinin müddətini uzadıb
(last modified Wed, 21 Jun 2023 11:14:03 GMT )
İyun 21, 2023 15:14 Asia/Baku

İspaniyanın "Real Madrid" klubu futbolçusuu Toni Kroosun müqaviləsinin müddətini uzadıb.

 

 33 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ildən "Real Madrid"də çıxış edən almaniyalı oyunçu bu müddət ərzində 3 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, eyni sayda UEFA Super Kubokunun, 5 dəfə klublararası dünya çempionatının, 1 dəfə İspaniya Kubokunun, 3 dəfə isə İspaniya Super Kubokunun qalibi olub.

Teqlər