"Çelsi"nin qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçib
(last modified Wed, 21 Jun 2023 13:31:18 GMT )
İyun 21, 2023 17:31 Asia/Baku

İngiltərənin "Çelsi" klubunun qapıçısı Eduard Mendi də karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

 

bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

Onun sözlərinə görə, 31 yaşlı qolkiper "Əl-Əhli" ilə anlaşıb. Seneqallı oyunçu ilə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Eduard Mendi 2020-ci ildən London təmsilçisinin uğurları üçün çalışıb. O, "zadəganlar"la Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

Teqlər