Avropa İttifaqı Ermənistan üçün viza rejimini sərbəstləşdirə bilər
İyul 18, 2024 20:04 Asia/Baku
Avropa İttifaqı iyulun 17-də bütün üzv ölkələrin səfirləri səviyyəsində Ermənistanla viza rejiminin sərbəstləşdirilməsinə dair danışıqlara başlanmasına razılıq verib.
Bu məlumata əsasən, qərar rəsmi təsdiq üçün Avropa İttifaqı Şurasına təqdim oluncaq. Şura isə öz növbəsində danışıqlara başlanmasının dəqiq vaxtını və Ermənistanın qarşısına qoyulmuş şərtləri elan edəcək. Danışıqlar prosesində Ermənistanın icra etməli olacağı yüzlərlə səhifəlik şərt və tələblər açıqlanacaq.
Hazırda 60 ölkənin vətəndaşları Avropa İttifaqına vizasız səfər edə bilərlər. Onlar Şengen zonasında 180 gün ərzində yalnız 90 günədək qalmaq hüququna malikdirlər.